Corc Buş kommunizmi terrorizmlə eyniləşdirib

Corc Buş kommunizmi terrorizmlə eyniləşdirib
# 13 iyun 2007 08:47 (UTC +04:00)
“Kommunizm ideologiyası 100 milyondan artıq kişi, qadın və uşağın həyatına son qoyub. Bu rəqəm o qədər böyükdür ki, kommunizm qurbanlarının dəqiq sayını müəyyənləşdirmək mümkün deyil”. APA-nın məlumatına görə, bu bəyanatı Vaşinqtonda kommunizm qurbanlarının xatirəsinə ucaldılmış abidənin təntənəli açılış mərasimində çıxışı zamanı səsləndirib. O, kommunizmin Çin və Sovet İttifaqında on milyonlarla, Şimali Koreya, Kamboca, Afrika, Əfqanıstan, Vyetnam, Şərqi Avropada milyonlarla insanın həyatına son qoyub. O, nasistlərin əlindən 100 minlərlə yəhudini qurtaran isveçli diplomat Raul Vallenberin Stalinin göstərişi ilə həbs olunduğunu, onun sonrakı taleyindən isə məlumat olmadığını xatırladıb. Corc Buş kommunizmi terrorizmlə müqayisə edib: “Kommunistlər kimi terrorçularda azadlığı sevmir, onlarla razılaşmayan hər kəsi məhv edir, totalitar məqsədlər uğrunda mübarizə aparırlar. Kommunistlər kimi terrorçular da hesab edir ki, radikal ideyalar naminə günahsız insanların həyatını qurban vermək olar. Kommunistlər kimi radikal islamçılar da məğlubiyyətə məhkumdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR