ABŞ Quantanamo həbsxanasını bağlaya bilər

ABŞ Quantanamo həbsxanasını bağlaya bilər
# 22 iyun 2007 08:49 (UTC +04:00)
Buş administrasiyası Quantanamo hərbi bazasındakı həbsxananı bağlaya və orada saxlanan şəxsləri digər hərbi həbsxanalara köçürə bilər. APA-nın məlumatına görə, bu gün prezident Buşun milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin iştirakı ilə Quantanamo həbsxanasının ləğvinə dair müşavirə keçiriləcək. Müşavirəyə ABŞ-ın vitse-prezidenti Dik Çeyni, dövlət katibi Kondoliza Rays, baş prokuror Alberto Qonsales, Pentaqon rəhbəri Robetr Qeyts, milli təhlükəsizlik naziri Maykl Çertoff, milli kəşfiyyat naziri Mayk Makkonell və Birləşmiş Qərargahlar rəisi Piter Peys qatılacaq. Qeyd edək ki, hazırda Quantanamo həbsxanasında Səudiyyə Ərəbistanı, Yəmən və Əfqanıstandan bir neçə yüz şəxs saxlanır. Onlar “Əl-Qaida” terror təşkilatı və “Taliban” hərəkatı ilə əməkdaşlıq günahlandırılır. Lakin üzərindən 4 il keçməsinə baxmayaraq həmin şəxslərin heç biri məhkəməyə verilməyib. Dünyanın nüfuzlu insan hüquq müdafiə təşkilatları Quantanamoda saxlanan şəxslərin mütəmadi olaraq işgəncələrə məruz qaldığını bildirirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR