BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni addımlar atmağa hazırlaşır

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni addımlar atmağa hazırlaşır
# 22 iyun 2007 09:38 (UTC +04:00)
73 ölkə BMT Təhlükəsizlik Şurasının 2006-cı ilin dekabrında İrana qarşı qəbul etdiyi qətnamənin yerinə yetirilməsi üçün atdığı addımlar barədə təşkilata məlumat verib. APA-nın xəbərinə görə, BMT-nin İrana qarşı sanksiyalar komitəsinin sədri, Belçikanın BMT-dəki daimi nümayəndəsi Yohan Verbeke 73 ölkədən 38-nin bununla bağlı qanunverici və hüquqi aktlar qəbul etdiyini açıqlayıb. O xatırladıb ki, qətnamə ilə İrana müəyyən məhsulların və avadanlıqların satışına qadağa qoyulub, nüvə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin hesabları dondurulub, bu şəxslərin başqa ölkələrə girişinin yasaqlanması üçün BMT üzvlərinə çağırış edilib. Bu ilin martında Təhlükəsizlik Şurası yeni qətnamə ilə bu sanksiyaları daha da sərtləşdirib. Sənəddə bildirilir ki, İran TŞ-nin tələblərini yerinə yetirməsə, 60 gündən sonra bu məsələyə yenidən baxılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR