Ermənilərin Vaşinqtonda qondarma “erməni soyqırımı”na muzey tikmək niyyətləri bir-birlərini məhkəməyə verməklə nəticələnib

Ermənilərin Vaşinqtonda qondarma “erməni soyqırımı”na muzey tikmək niyyətləri bir-birlərini məhkəməyə verməklə nəticələnib
# 26 iyun 2007 09:13 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Florida ştatında yaşayan Jerar Kafesjian adlı bir erməni 7 il bundan əvvəl Vaşinqtonda qondarma “erməni soyqırımı”na həsr olunan muzey inşa etmək qərarına gəlib. Bunun üçün o, Ağ Evə yaxın olan və əvvəllər özəl Vaşinqton Milli Bankına məxsus binanı 4 milyon dollara satın alıb. Amerika Erməni Assambleyası isə bu muzeyin tikintisi üçün 500 min dollar vermək barədə öhdəlik götürüb. Lakin son 7 ildə Assambleya qeyd olunan vəsaiti Jerar Kafesjiana ödəməyib və bununla bağlı müxtəlif bəhanələr göstərib. Buna görə də J. Kafesijian ABŞ-ın federal məhkəməsinə müraciət edərək, layihəyə qoyduğu vəsaitlərin ona qaytarılmasını tələb edib və bununla bağlı Amerika Erməni Assambleyasını məhkəməyə verib. Bu il aprelin 26-da məhkəməyə müraciət edən şikayətçi Vaşinqton Milli Bankını almaq üçün xərclədiyi 4 milyon dolların əvəzində 18-20 milyon dollar tələb edib. O, bu iddiasını binanın bahalaşması ilə izah edib. Erməninin maraqlarını təmsil edən vəkil Timothy Thornton bildirib ki, Amerika Erməni Assambleyasını “avara və intriqantlardan ibarət qurum” adlandırıb. Onun sözlərinə görə, müştərisi son dollarına kimi bu qurumla mübarizə aparacaq. Vəkil qondarma “erməni soyqırımı”na həsr olunmuş muzeyin tikintisinin yalnız kağız üstündə qaldığını, böyük ehtimalla heç vaxt da reallaşmayacağını deyib. Məhkəmənin ilk iclasının isə bu il avqustun 23-ə təyin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR