Uqo Çaves: “Corc Buşu dəlixanaya salmaq lazımdır”

Uqo Çaves: “Corc Buşu dəlixanaya salmaq lazımdır”
# 21 noyabr 2007 16:28 (UTC +04:00)
Venesuela prezidenti Uqo Çaves bildirib ki, İranın nüvə silahı yaratmasının üçüncü dünya müharibəsinə səbəb olacağını söyləyən ABŞ prezidenti Corc Buşu dəlixanaya salmaq lazımdır. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, U. Çaves bu açıqlamanı Fransa prezidenti ilə görüşdən sonra verib. O, C. Buşun atom bombasından istifadə etməklə üçüncü dünya müharibəsinin baş verə biləcəyini söylədiyinə diqqət çəkib: “Bu halda dünya yox olacaq, insanlıq yer üzündən silinəcək. Mən hesab edirəm ki, onun yeri dəlixanadır”. Xatırladaq ki, söhbət ABŞ prezidentinin oktyabr ayında verdiyi bəyanatdan gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR