ABŞ raketdən müdafiə sahəsində əməkdaşlıqla bağlı Rusiyaya yazılı təklif göndərib

ABŞ raketdən müdafiə sahəsində əməkdaşlıqla bağlı Rusiyaya yazılı təklif göndərib
# 22 noyabr 2007 09:49 (UTC +04:00)
Təkliflər oktyabr ayında ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geytslə Rusiya rəhbərliyi arasında Moskvada keçirilmiş görüşlərdə gündəmə gəlib. Rusiya tərəfi həmin danışıqlarda ABŞ-dan öz təkliflərini yazılı şəkildə təqdim etməsini istəyib. Məsələ bazar ertəsi ABŞ-ın Annapolis şəhərində Yaxın Şərq sülh prosesi çərçivəsində S. Lavrovla K. Rays arasında keçiriləcək görüşdə bir daha müzakirə ediləcək. AP agentliyi bildirir ki, təkliflərin məzmunu həm Rusiyada, həm də Qərbdə raketdən müdafiə zonasını genişləndirmək məqsədilə Rusiya və NATO-nun raketdən müdafiə sistemlərinin inteqrasiyası; ABŞ-ın Polşada inşa etdiyi raketdən müdafiə obyektində Rusiyanın inspeksiya aparmasına icazə verilməsi; İran ballistik raketlərinin Avropaya istiqamətləndiyinə dair təsdiqedici son məlumat gələnə qədər ABŞ raket əleyhinə sistemlərinin aktivləşdirilməsinin təxirə salınmasından ibarətdir. Rusiya aktivləşdirmənin təxirə salınması ideyasını məqbul sayır, ancaq bunun şərtlərinin dəqiq göstərildiyi məcburi müqavilənin imzalanmasını istəyir. ABŞ isə belə bir tələbi qəbul etməyə həvəsli deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR