Braziliyanın Salvador şəhərindəki stadionda faciə baş verib

Braziliyanın Salvador şəhərindəki stadionda faciə baş verib
# 26 noyabr 2007 08:01 (UTC +04:00)
Braziliyanın Salvador şəhərində futbol stadionunun çökməsi nəticəsində 8 nəfər ölüb, 40-dan çox adam yaralanıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, olay bazar günü yerli “Baya” və “Vila Nova” komandaları arasındakı matç bitdikdən dərhal sonra baş verib. Braziliya çempionatının ikinci divizionuna yüksələn “Baya”nın azarkeşləri komandalarının qələbəsini alqışlayarkən stadionun üst tribunası qəflətən uçub. Nəticədə həmin tribunada olan azarkeşlər 20 metrə yaxın yüksəklikdən yerə yıxılıblar. Onların çoxu oyunun sonuna yaxın stadiona biletsiz girən şəxslər olub. Ümumən stadionda 60 minə yaxın insan var imiş. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR