Patrik Buçanan: “ABŞ 2050-ci ildə üçüncü dünya dövlətinə çevriləcək”

Patrik Buçanan: “ABŞ 2050-ci ildə üçüncü dünya dövlətinə çevriləcək”
# 26 noyabr 2007 11:14 (UTC +04:00)
“ABŞ-ın qlobal dominantlıq erası başa çatıb, hazırda dünyaya hegemonluq etmək üzrə mübarizə ABŞ, Çin, öz təsir gücünü bərpa etməyə çalışan Rusiya və radikal islam arasında gedir”. APA-nın məlumatına görə, bu fikirlər ABŞ prezidentləri Cerald Ford, Riçard Nikson və Ronald Reyqanın müşaviri olmuş Patrik Buçananın yeni nəşr olunan kitabında öz əksini tapıb. Prezidentliyə sabiq namizəd qeyd edib ki, dünyaya hegemonluq uğrunda bu mübarizə ABŞ-ın dövlət borclarının astronomik rəqəmlərə çatması və Vaşinqtonun Çindən iqtisadi asılılığı fonunda gedir. Müəllif hesab edir ki, bu gün ABŞ üçün bir nömrəli təhlükə ölkəyə mühacir axınıdır: “Əgər Robert Kennedinin dövründə Avropa əsilli amerikalılar ölkə əhalisinin 89 faizini təşkil edirdisə, indi bu rəqəm 66 faizdir və azalmaqda davam edir. 21-ci əsrin ortalarında ABŞ üçüncü dünya ölkəsinə çevriləcək. Mənim hesablamalarıma görə 2060-cı ildə ABŞ əhalisinin sayı daha 167 milyon nəfər artacaq, mühacirlərin sayı isə indiki rəqəmdən üç dəfə çox, yəni 105 milyon nəfər olacaq. Ümumilikdə 2050-ci ildə ABŞ əhalisinin 100 milyon nəfərini Latın Amerikasından olan amerikalılar təşkil edəcək, onların əksəriyyəti meksikalıların öz torpaqları saydığını cənub-qərbi ştatlarda məskunlaşacaqlar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR