Corc Buş: “İsrail İranın hücumuna məruz qalarsa, biz öz müttəfiqimizi müdafiə edəcəyik”

Corc Buş: “İsrail İranın hücumuna məruz qalarsa, biz öz müttəfiqimizi müdafiə edəcəyik”
# 29 noyabr 2007 08:45 (UTC +04:00)
“Mən aydın şəkildə bildirmişəm ki, İsrail İranın hücumuna məruz qalarsa, biz öz müttəfiqimizi müdafiə edəcəyik”. APA-nın məlumatına görə, bu sözləri CNN telekanalına müsahibəsində ABŞ prezidenti Corc Buş deyib. O, İran prezidenti Mahmud Əhmədinejadın hədələrinə ciddi yanaşmağı məsləhət görüb: “Əgər mən israilli olsaydım, onun sözlərinə ciddi yanaşardım”.
Qeyd edək ki, İran prezidenti dəfələrlə İsrailin ünvanına hədə-qorxularla çıxış edib. O, İsrailin yer üzündən silinməsinin vacib olduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR