Venesuelada keçirilən referendum Uqo Çaves tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb

Venesuelada keçirilən referendum Uqo Çaves tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb
# 03 dekabr 2007 08:17 (UTC +04:00)
APA-nın məlumatına görə, Venesuela Milli Seçki Şurası səsverməyə qatılan vətəndaşların 50,7 faizinin bu dəyişikliyinin əleyhinə səs verdiyini bəyan edib. Uqo Çavesin Konstitusiyaya təklif etdiyi dəyişikliklər bir şəxsin təkrar prezident seçilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Çaves ümumilikdə Konstitusiyaya 33 dəyişiklik təklif edib, təkliflər arasında Venesuela Mərkəzi Bankının prezidentə tabe olması, yeni vilayətlərin yaradılması, yerli idarəetmə orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılması, gündəlik iş saatının 6 saata kimi azaldılması, 16 yaşa çatmış şəxslərə səsvermə hüququ verilməsi var. Şirnikləndirici təkliflərə baxmayaraq vətəndaşların yalnız 49,2 faizi bu dəyişiklikləri dəstəkləyib. 16 milyon insanın iştirak etdiyi referendumda ciddi qanun pozuntuları aşkarlanmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR