Corc Buş prezident olduğu müddətdə ilk dəfə İsrailə səfər edəcək

Corc Buş prezident olduğu müddətdə ilk dəfə İsrailə səfər edəcək
# 05 dekabr 2007 08:21 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş gələn ilin ilk ayında İsrailə səfər edəcək. APA-nın ABŞ bürosunun məlumatına görə, səfərdə məqsəd, İsrail-Fələstin münaqişəsinin nizamlanması və İranın nüvə proqramı ətrafında müzakirələr aparmaqdır. Səfər gerçəkləşsə, bu, Corc Buşun prezidentlik müddətində İsrailə ilk səfəri olacaq. Bir neçə gün əvvəl verdiyi bəyanatda Ağ Ev sahibi İran hücum edəcəyi təqdirdə İsraili müdafiə edəcəklərini bildirib: “Mən dəfələrlə bəyan etmişəm ki, İranın təcavüzkar əməllərinə qarşı öz strateji müttəfiqimiz olan İsraili müdafiə edəcəyik. İran prezidentinin İsrailin ünvanına hədələrini ciddi qəbul etmək lazımdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR