ABŞ-da naməlum şəxs 9 nəfəri güllələyib, 5 nəfəri isə yaralayıb

ABŞ-da naməlum şəxs 9 nəfəri güllələyib, 5 nəfəri isə yaralayıb
# 06 dekabr 2007 07:57 (UTC +04:00)
Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu bildirir. Cinayətkarın hansı səbəbdən günahsız insanları qətlə yetirməsinin səbəbləri məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən 60-dan artıq güllə gilizi götürüblər. Qatilin cəsədi ticarət mərkəzinin üçüncü mərtəbəsində aşkarlanıb. Qeyd edək ki, cinayət törədilən yer Nebraskanın Omaxa şəhərinin ən böyük ticarət mərkəzlərindən biridir, 135 mağazanın fəaliyyət göstərdiyi mərkəzin xidmətindən hər il orta hesabla 14,5 milyon nəfər istifadə edir. Maraqlı məqam odur ki, cinayət prezident Corc Buşun məhz bu şəhərdə olduğu gün baş verib. Partiyası üçün ianə toplamağa gələn prezident hadisədən bir saat əvvəl buranı tərk edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR