Aleksandr Lukaşenko Venesuelanın 130 ildə cəmi iki nəfərə verilmiş ən ali ordeni ilə təltif olunub

Aleksandr Lukaşenko Venesuelanın 130 ildə cəmi iki nəfərə verilmiş ən ali ordeni ilə təltif olunub
# 07 dekabr 2007 08:27 (UTC +04:00)
Belarus prezidenti Aleksandr Lukaşenko Venesuelaya iki günlük rəsmi səfər gedib. APA-nın məlumatına görə, Lukaşenkonun səfəri münasibətilə Karakas aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub. Venesuela xarici işlər naziri Nikolas Maduro tərəfindən qarşılanan Lukaşenkonun şərəfinə 21 dəfə yaylım atəşi açılıb. Belarus prezidentinin səfər proqramına həmkarı Uqo Çaveslə görüş, sənədlərin imzalanması, Venesuelanın ən yüksək mükafatı olan Xilaskar Ordeni ilə təltif olunma mərasimi daxildir. Bu ordenə vətən qarşısında yüksək xidmət göstərən şəxslər layiq görülür, 130 yaşı olan bu orden indiyə kimi yalnız iki nəfərə - Çili prezidenti Mişel Baçeliyə və ölkənin 51-ci prezidenti Rafel Rodriqesə verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR