Rusiya ilə ABŞ arasında raket hücumundan müdafiə probleminə həsr olunmuş növbəti danışıqlar keçiriləcək

Rusiya ilə ABŞ arasında raket hücumundan müdafiə probleminə həsr olunmuş növbəti danışıqlar keçiriləcək
# 10 dekabr 2007 09:53 (UTC +04:00)
Dekabrın 13-də Macarıstanın paytaxtı Budapeştdə Rusiya ilə ABŞ arasında raket hücumundan müdafiə probleminə həsr olunmuş növbəti danışıqlar keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə Dövlət Departamentindən məlumat verilib. Mənbə bildirib ki, tərəflər mövzu ilə bağlı ideya və təklifləri yenidən müzakirəyə çıxaracaq. ABŞ nümayəndə heyətinə dövlət katibinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Con Rud, Rusiya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Sergey Kislyak başçılıq edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR