Perunun sabiq prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib

Perunun sabiq prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib
# 12 dekabr 2007 08:24 (UTC +04:00)
Perunun sabiq prezidenti Alberto Fuximori 6 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhkəmə A. Fuximorinin Peru kəşfiyyatının keçmiş rəhbərinin evindən içində müxtəlif sənədlər olan 40 qutunu oğurlatdığını sübuta yetirib. Həmin sənədlərdə A. Fuximorinin hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə dair dəlil-sübutlar, o cümlədən videomateriallar olub. Ancaq sabiq dövlət başçısı məhkəmə hökmünü ədalətsiz adlandıraraq apellyasiya şikayəti verəcəyini açıqlayıb. Bazar ertəsi Limada eks-prezidentin 1991-1992-ci illərdə 25 nəfərin ölümü ilə nəticələnən əməliyyatların planlaşdırılması, təşkili və idarə edilməsində iştirakı ilə bağlı başqa məhkəmə prosesi də başlayıb. A. Fuximori jurnalist Qustavo Qorriti və sahibkar Samuel Dayerin oğurlanmasında da ittiham edilir. Prokuror hesab edir ki, bu cinayətləri bir qrup hərbçi A. Fuximorinin tapşırığı ilə törədib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR