Corc Buş: “Dmitri Medvedevin kim olduğunu xatırlamıram”

Corc Buş: “Dmitri Medvedevin kim olduğunu xatırlamıram”
# 12 dekabr 2007 16:44 (UTC +04:00)
“Dmitri Medvedev ağıllı, erudisiyalı, yaxşı təhsil görmüş yeni nəsil siyasətçilərindəndir”. APA-nın məlumatına görə, ABŞ dövlət katibi Kondoliza Rays Vladimir Putinin siyasi varisi elan olunan Dmitri Medvedevi belə dəyərləndirib. Varislə bir neçə dəfə görüşdüyünün deyən Kondoliza Rays onun regionlarda gördüyü işlərin mühüm nəticələr verdiyini deyib: “Ümidvaram ki, gələn ilin martında keçiriləcək prezident seçkilərində namizədlərin əsl mübarizəsinin şahidi olacağıq. Bu vaxta kimi namizədlərin real mübarizə aparması üçün şərait yaranacağını düşünürəm. Fikrimcə, Rusiyada seçkilərin əsas problemi budur”. ABŞ prezidenti Corc Buş isə Putinin siyasi varisi ilə bağlı sualları təəccüblə qarşılayıb: “Mən onu yaxşı tanımıram və ümumiyyətlə kim olduğunu xatırlamıram”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR