Corc Buş ABŞ-ın nüvə arsenalını ixtisar edir

Corc Buş ABŞ-ın nüvə arsenalını ixtisar edir
# 19 dekabr 2007 08:47 (UTC +04:00)
Prezident Corc Buş ABŞ-ın nüvə arsenalının ixtisarı ilə bağlı qərar qəbul edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat xidməti müdafiə və energetika nazirləri ilə məsləhətləşdikdən və ordu komandanlığının dəstəyini aldıqdan sonra qəbul olunan qərarın bu ilin sonunda qüvvəyə minəcəyini açıqlayıb: “Nəticədə ABŞ-ın nüvə arsenalı “soyuq müharibə”nin sonlarındakı həcmin dörddə biri qədər azalacaq. Prezidentin qərarı onun hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyasətin davamıdır. Biz nüvə silahlarımızı milli təhlükəsizliyimizə və dost və müttəfiqlərimiz qarşısında götürdüyümüz öhdəliklərə cavab verəcək səviyyədə azaldırıq”.
Qeyd edək ki, ABŞ 2004-cü ildə də nüvə arsenalında ixtisar aparmışdı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR