ABŞ prezidenti müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

ABŞ prezidenti müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib
# 19 dekabr 2007 14:27 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Corc Buş təbrik məktubunda qeyd edib ki, müsəlmanların bu dörd günü ailə və dostlarla birgə bayram etməklə, İbrahim peyğəmbərin itaətkarlığına ehtiramlarını bildirirlər: “Qurban bayramında dünya müsəlmanlarının İbrahim peyğəmbərin oğlunu qurban vermək istəyən zaman göstərdiyi əyilməz inam və Allaha olan etimadını yad edirlər. Müsəlmanlar bu dörd günü ailə və dostlarla birgə bayram etməklə, İbrahim peyğəmbərin itaətkarlığına ehtiramlarını bildirir və Allahın bəxş etdiyi çoxsaylı nemətlərə görə şükranlıq edirlər. Bu bayram eləcə də mərhəmət və sədaqət kimi vacib dəyərlərin gələcək nəsillərə ötürülməsinə kömək edir. Amerika bir çox inanca tapınan insanların vətənidir və müsəlman vətəndaşlarımız bizim cəmiyyətimizi zənginləşdirirlər. Amerika müsəlmanlarının bu bayram günlərində və il boyu nümayiş etdirdiyi mərhəmət, səxavət və xoş iradə dövlətimizin qüdrət və qabiliyyətini gücləndirib. Qoy bu sevincli günlərdə Qurban bayramını qeyd edənlərin qəlbi sevgi və nura qərq olsun. Lora və mən bu əlamətdar bayramla bağlı ən yaxşı arzularımızı çatdırırıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR