Amerikalı milyarder öz qarajının damından yıxılaraq ölüb

Amerikalı milyarder öz qarajının damından yıxılaraq ölüb
# 22 dekabr 2007 09:10 (UTC +04:00)
Adı ən zəngin 100 amerikalının siyahısında olan Ken Hendriks öz qarajının damından yıxılaraq ölüb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, “Hendriks Development Group”un rəhbəri olan iş adamı qarajın etibarlılığını yoxlamaq üçün dama çıxıbmış. O, aldığı xəsarətdən yerindəcə keçinib.
Qeyd edək ki, “Forbes” jurnalının hesablamalarına əsasən K. Hendriks 3,5 milyard dollarlıq sərvətin sahibi idi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR