ABŞ-da güclü qar yağıntısı 11 nəfərin ölümünə səbəb olub

ABŞ-da güclü qar yağıntısı 11 nəfərin ölümünə səbəb olub
# 24 dekabr 2007 07:24 (UTC +04:00)
Milli Meteorologiya Xidməti Minnesota, Viskonsin və Miçiqan ştatlarında qasırğa olacağı barədə xəbərdarlıq yayıb. Polis orqanları ölüm hadisələrinin yollarda baş verən qəzalarda qeydə alındığını bildirirlər. Görüntü məsafəsinin azalması səbəbilə ABŞ-da yol qəzalarının sayı artıb, təkcə Texasda eyni anda 50 maşın toqquşub. Bəzi ştatların hakimiyyət orqanları yol qəzalarının qarşısını almaq məqsədilə təhlükəli magistral yolların müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün dayandırılması barədə qərar çıxarıblar. Güclü qar yağıntısı ABŞ-ın müxtəlif ştatlarında 170-dən artıq təyyarə reysinin təxirə salınmasına səbəb olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR