ABŞ İrana etiraz notası göndərib

ABŞ İrana etiraz notası göndərib
# 11 yanvar 2008 11:29 (UTC +04:00)
ABŞ yanvarın 6-na keçən gecə Hörmüz boğazında baş vermiş insidentlə bağlı İrana rəsmi etiraz notası göndərib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, iki ölkə arasında diplomatik əlaqə olmadığından nota İranın İsveçrədəki səfirliyinə təqdim edilib. Xatırladaq ki, Pentaqon bir neçə gün əvvəl insidentin videoyazısını yayıb. Kadrlarda İrana məxsus 5 hərbi katerin 3 ABŞ hərbi gəmisinə yaxınlaşaraq onları hədələdiyi görünür: “Siz bir neçə dəqiqədən sonra partladılacaqsınız”. Buna cavab olaraq ABŞ gəmilərindən birinin ekipaj üzvü koalisiya qüvvələrinə məxsus olduqlarını, beynəlxalq sularda hərəkət etdiklərini və heç kimə zərər vurmaq fikrində olmadıqlarını bildirir. Eyni zamanda xəbərdarlıq edir ki, əgər katerlər gəmilərin ətrafında manevrlərini davam etdirərsə, müdafiə tədbirləri görmək məcburiyyətində qalacaqlar. Bundan bir qədər sonra İran katerləri uzaqlaşıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR