ABŞ erməniləri prezidentliyə namizədlərdən qondarma “erməni soyqırımı”nın həm Konqres, həm də Ağ Ev səviyyəsində tanınmasını tələb edirlər

ABŞ erməniləri prezidentliyə namizədlərdən qondarma “erməni soyqırımı”nın həm Konqres, həm də Ağ Ev səviyyəsində tanınmasını tələb edirlər
# 15 yanvar 2008 07:30 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, 2008-ci ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkisinə qatılan namizədlərə müraciət edən ermənilər onlardan bir sıra məsələlərə aydınlıq gətirməyi istəyiblər. Amerikanın Erməni Milli Komitəsinin prezidentliyə namizədlərə yolladığı məktubda Azərbaycan və Türkiyənin Ermənistanı “blokada”da saxlamasına son verilməsi, qondarma “erməni soyqırımı”nın həm Konqres, həm də Ağ Ev səviyyəsində tanınması, Ermənistana göndəriləcək səfirin qondarma “soyqırımı”nın törədildiyini rəsmən bəyan etməsi və digər tələblər öz əksini tapıb. Ermənilər prezidentliyə namizədlərdən tələb edirlər ki, Dağlıq qarabağlıların öz müqəddəratını həll etmək hüququ tanınsın, separatçıların müstəqil tərəf kimi sülh danışıqlarında iştirakına kömək göstərilsin və Azərbaycanın onlara qarşı yeni “aqressiyasının” mümkünlüyünə münasibət bildirsin. Erməni Milli Komitəsi bir sıra strateji ştatlarda keçiriləcək ilkin seçkilərdə böyük səsə sahib olduğunu da bəyan edib. Ermənilər Kaliforniyada 600000, Massaçusetsdə 120000, Nyu-Yorkda 100000, Nyu-Cersidə 75000 erməni əsilli seçicinin olduğunu bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR