Braziliya prezidenti Kuba lideri Fidel Kastro ilə görüşüb

Braziliya prezidenti Kuba lideri Fidel Kastro ilə görüşüb
# 16 yanvar 2008 08:50 (UTC +04:00)
Kubaya səfər edən Braziliya prezidenti Luis İnasio Lula da Silva həmkarı Fidel Kastro ilə görüşüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, köhnə dostların görüşü bağlı qapılar arxasında keçirilib. İçəri yalnız rəsmi Kuba mətbuatının fotoqrafı buraxılıb. Fotolarda F. Kastronun milli Olimpiya yığmasının geyimində olduğu görünür. Braziliya prezidentinin administrasiyası və Kuba mətbuatı görüşdə hansı məsələlərin müzakirə olunduğundan xəbərsizdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR