Fidel Kastro səhhətinin yaxşı olmadığını etiraf edib

Fidel Kastro səhhətinin yaxşı olmadığını etiraf edib
# 17 yanvar 2008 09:09 (UTC +04:00)
Kuba lideri Fidel Kastro bildirib ki, səhhəti ictimaiyyət qarşısında çıxış etməyə imkan vermir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, komandante Kuba mətbuatında dərc olunan müraciətində bəyan edib ki, səhhəti ilə əlaqədar deputatlığa namizədliyinin irəli sürüldüyü dairənin vətəndaşları ilə birbaşa ünsiyyət qura bilməyəcək.
Xatırladaq ki, 81 yaşlı F. Kastro 17 aydan artıqdır ictimaiyyət arasına çıxmır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR