Əfqanıstanda fəaliyyət göstərən İSAF qüvvələrinə yeni komandan təyin olunub

Əfqanıstanda fəaliyyət göstərən İSAF qüvvələrinə yeni komandan təyin olunub
# 19 yanvar 2008 08:26 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Avropadakı ABŞ qoşunlarının komandanı general Devid Makkirneni Əfqanıstanda fəaliyyət göstərən beynəlxalq təhlükəsizliyin təmin olunması qoşunlarının (İSAF) komandanı təyin edib. APA-nın məlumatına görə, hazırda İSAF-ın tərkibində 42 min hərbçi var. Onlardan 26 min nəfərini ABŞ hərbçiləri təşkil edir. Bir neçə gün əvvəl ABŞ-ın müdafiə naziri Robert Qeyts Əfqanıstana əlavə olaraq 3,200 dəniz piyadasının göndərilməsi barədə sərəncam imzalayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR