ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında iki təyyarə toqquşub

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında iki təyyarə toqquşub
# 21 yanvar 2008 08:13 (UTC +04:00)
Yanvarın 20-də ABŞ-ın Los-Anceles şəhərinin 75 km cənub-şərqində “Cessna” markalı iki təyyarə toqquşub. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb. Ölənlərdən 3-ü qəzaya uğrayan təyyarələrdə olub. Təyyarələrin qalıqları avtosalonun üzərinə düşüb və daha bir nəfər burada ölüb. Qəzanın səbəbləri və təyyarələrin hansı marşrut üzrə hərəkət etdiyi hələlik bəlli deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR