Kondoliza Rays Rusiyanı ağılsız və məsuliyyətsiz ritorikada ittiham edib

Kondoliza Rays Rusiyanı ağılsız və məsuliyyətsiz ritorikada ittiham edib
# 24 yanvar 2008 12:12 (UTC +04:00)
ABŞ dövlət katibi Kondoliza Rays Rusiyanı ağılsız və məsuliyyətsiz ritorikada ittiham edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, K. Rays bu mövqeyini Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında səsləndirib. O bildirib ki, ABŞ və Rusiya nüvə silahının yayılmasının qarşısının alınmasından tutmuş, terrorçuluğa qarşı mübarizə və Yaxın Şərqdə sülhə nail olunmasına qədər bir çox sahədə əməkdaşlıq edir: “Rusiyadan ağılsız və məsuliyyətsiz ritorika eşitdikdə belə, biz bu əməkdaşlığı yaddan çıxarmırıq”. K. Rays “soyuq müharibə”nin bərpası ehtimalını istisna edib: “Bu barədə söhbətlər axmaqlıqdır. Bugünkü münasibətlərimiz o vaxtkından köklü şəkildə fərqlənir”. K. Rays Rusiyanı dünyada şəffaf və açıq enerji iqtisadiyyatı yaratmağa və inhisarçı dövlət olmamağa çağırıb: “Biz inanırıq ki, Rusiya böyük siyasi azadlıqlar və dövlətin hakimiyyətini məhdudlaşdıran güclü institutların mövcudluğu şəraitində də öz böyüklüyünü saxlaya bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR