Ağ Ev ətrafında Corc Buşun ünvanına hədələr səsləndirən bir nəfər həbs olunub

Ağ Ev ətrafında Corc Buşun ünvanına hədələr səsləndirən bir nəfər həbs olunub
# 29 yanvar 2008 09:41 (UTC +04:00)
Vaşinqtonda Ağ Evin divarları ətrafında prezident Corc Buşun ünvanına hədələrlə çıxış edən bir nəfər həbs edilib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxsin əlində şübhəli bağlama olub. Polis hər ehtimala qarşı ətrafdakı şəxsləri ərazidən uzaqlaşdırıb. Bağlamanın içində nə olduğu açıqlanmır. Həbs edilən şəxsin ruhi xəstə ola biləcəyi bildirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR