Amerika erməniləri prezidentliyə namizədlik yarışında Barak Obamanı dəstəkləməyə qərar verib

Amerika erməniləri prezidentliyə namizədlik yarışında Barak Obamanı dəstəkləməyə qərar verib
# 31 yanvar 2008 08:36 (UTC +04:00)
Erməni diasporunun ən güclü təşkilatı İllinoys ştatından seçilmiş senatorun dəstəklənməsini bir neçə səbəblə izah edib. İlk olaraq B. Obamanın uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan 106 saylı qətnamə layihəsinə ciddi dəstək verdiyi bildirilir. İkincisi, senator “erməni soyqırımı”nı tanıyan ABŞ-ın Ermənistandakı səfiri Con Evansın işdən qovulması ilə bağlı prezident Corc Buşa rəsmi etiraz məktubu yollayıb. Bundan başqa, B. Obama prezident seçildiyi təqdirdə 1915-ci il hadisələrini soyqırım kimi tanıyacağını rəsmən bəyan edib. Qara dərili namizəd həmçinin “Azərbaycanla Türkiyənin Ermənistana qarşı tətbiq etdiyi blokada”nı aradan götürməyə, Dağlıq Qarabağ münaqişəsini “demokratiya və öz müqəddəratını təyinetmə prinsipləri” əsasında həll etməyə çalışacağını bildirib. Erməni Milli Komitəsi Buş hakimiyyətinin ünvanına bir sıra ittihamlar da səsləndirib. Onlar indiki prezident saxta “soyqırım”ın tanınması ilə bağlı verdiyi vədə xələf çıxmaqda, Konqresdə bu barədə sənədin qəbuluna mane olmaqda, 907-ci düzəlişi dondurmaqda, “Amerika vergiödəyicisinin pulu ilə” Ermənistandan yan keçən Bakı-Ceyhan layihəsinə dəstək verməkdə, 2002-ci ildə rəsmi Ermənistanı terrora dəstək verən ölkələr sırasına əlavə etməyə cəhd göstərməkdə və İrəvana hərbi-humanitar yardımı ildən ilə azaltmaqda günahlandırıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR