14 meksikalı hərbçi təsadüfən sərhədi keçərək ABŞ-a daxil olublar

14 meksikalı hərbçi təsadüfən sərhədi keçərək ABŞ-a daxil olublar
# 26 sentyabr 2021 07:16 (UTC +04:00)

ABŞ sərhədçiləri sərhədi qanunsuz keçən 14 Meksika hərbçisini saxlayıb.

APA Reuters-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də Texas ştatının El Paso bölgəsində baş verib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyindən bildirilib ki, meksikalı hərbçilər iki hərbi maşında olub.

Bir neçə saat saxlanılan hərbçilər sərhədi təsadüfən keçdiklərini, ölkədən qıraqda olduqlarının fərqinə varmadıqlarını bildiriblər.

Hərbçilərdən birində şəxsi istifadə üçün nəzərdə tutulmuş az miqdarda marixuana aşkar edilib.

Onun inzibati məsuliyyətə cəlb olunacağı vurğulanıb.

Hadisə ilə bağlı Meksika hərbi rəhbərliyinə məlumat verilib. Hərbçilərin hamısı bir neçə saat ərzində Meksikaya qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR