Nyu-Yorkda koronavirusdan ölənlərin sayı daha 226 nəfər artıb

Nyu-Yorkda koronavirusdan ölənlərin sayı daha 226 nəfər artıb
# 05 may 2020 06:25 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində daha 226 nəfər koronavirus infeksiyasından ölüb, bundan əvvəlki gün isə 280 nəfər ölmüşdü.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında qubernator Endryu Kuomo bildirib.

Onun sözlərinə görə, son sutkada, həmçinin 717 Nyu-York sakinində eyni diaqnoz aşkar edilib. Bundan əvvəlki gün isə 780 nəfər bu virusa yoluxmuşdu.

Qeyd edək ki, Nyu-York ABŞ-da koronavirusun episentri hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR