ABŞ Avstraliyadakı hərbi mövcudluğunu genişləndirir

ABŞ Avstraliyadakı hərbi mövcudluğunu genişləndirir
# 17 sentyabr 2021 06:34 (UTC +04:00)

ABŞ Avstraliyadakı hərbi mövcudluğunu genişləndirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.

“Bu gün biz vacib təşəbbüsləri təsdiqlədik, bunlar Avstraliyada qüvvələri yerləşdirməyə, girişimizi və mövcudluğumuzu genişləndirməyə imkan verəcək”, - deyə Ostin avstraliyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında bildirib.

Avstraliyanın müdafiə naziri Piter Datton isə qeyd edib ki, söhbət, həmçinin burada hər cür ABŞ hərbi təyyarələrinin yerdəyişmə ilə mövcudluğundan gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR