ABŞ Baydenin dövründə Somalidə terrorçulara qarşı ilk aviazərbə endirib

ABŞ Baydenin dövründə Somalidə terrorçulara qarşı ilk aviazərbə endirib
# 21 iyul 2021 06:44 (UTC +04:00)

ABŞ Hərbi Qüvvələrinin Afrika komandanlığı (AFRICOM) Somali hökuməti ilə koordinasiya şəklində “Əş-Şabab” terror qruplaşmasının mövqelərinə qarşı tək bir hava hücumu təşkil edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Sindi Kinq “Agence France Presse” agentliyinə (AFP) verdiyi açıqlamada bildirib ki, bu, Co Baydenin andiçməsindən bəri Somalidə həyata keçirilən ilk aviazərbədir.

“Komandanlığın ilkin qiymətləndirməsinə görə, hava hücumu nəticəsində mülki şəxslər arasında yaralanan və ya ölən olmayıb”, - Kinq belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR