ABŞ-da “Aquapark”da 34 nəfər kimyəvi maddədən zəhərlənib

ABŞ-da “Aquapark”da 34 nəfər kimyəvi maddədən zəhərlənib
# 18 iyul 2021 06:10 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Huyuston şəhəri yaxınlığında yerləşən “Aquapark”da kimyəvi maddənin sızması nəticəsində azı 34 nəfər zəhərlənib.

APA “NBC” telekanalına istinadən xəbər verir ki, hadisə Harris dairəsində baş verib.

Hadisənin tam təfərrüatı açıqlanmasa da, istirahətə gələn sakinlərə “dəridə və ya tənəffüs orqanlarında yüngül qıcıqlanma” diaqnozu qoyulub.

Xəsarət alanlara dərhal ilkin tibbi yardım göstərilib. Ehtiyat tədbiri olaraq “Aquapark” günün sonuna qədər bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR