ABŞ-da atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb

ABŞ-da atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb
# 16 iyul 2021 08:20 (UTC +04:00)

ABŞın Texas ştatının Levelland şəhərində 4 polis əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə şəhər polis idarəsinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Hadisənin tam olaraq necə baş verdiyi barədə açıqlama verilməyib. Polisə şəhərdəki evlərdən birində silahlı şəxsin olması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib.
Hadisə nəticəsində 4 polis yaralanıb, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Yerli telekanallar yaralılardan birinin öldüyü barədə məlumat yaysa da, hüquq-mühafizə orqanları xəbəri təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR