ABŞ-da atışma nəticəsində iki polis zabiti yaralanıb

ABŞ-da atışma nəticəsində iki polis zabiti yaralanıb
# 23 oktyabr 2021 04:19 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Doral şəhərində polis məntəqəsi yaxınlığında silahlı insident baş verib.

APA CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis zabiti yaralanıb.

Yerli polisin sözçüsü Rey Valdez bildirib ki, polis də öz növbəsində qarşı tərəfə cavab atəşi açıb: “Xəsarət alan polis zabitləri xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır”.
Polisə ilk atəş açan silahlı şəxs barədə ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR