ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
# 30 iyun 2021 06:10 (UTC +04:00)

ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artaraq 12 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.

Kava deyib ki, son rəsmi məlumatlara görə, 149 nəfərin taleyi barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Mayamidə (Florida) çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

Həmin gün 37 nəfər dağıntılar altından xilas edilib, lakin sonradan sağ qalan tapılmayıb.

Xatırladaq ki, sözügedən bina 1981-ci ildə inşa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR