ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb - YENİLƏNİB

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb - YENİLƏNİB
# 03 iyul 2021 02:33 (UTC +04:00)

ABŞ-ın Florida ştatında 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.

“Gün ərzində dağıntılar altından daha iki nəfərin cəsədini çıxardıq. Beləliklə, ölənlərin sayı 22 nəfərə çatdı”, - Kava belə deyib.

***

Saat 23:19

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava açıqlayıb.

“Dünən axşam axtarışları bərpa etdikdən sonra daha iki nəfərin cəsədi tapıldı. Bununla da ölənlərin sayının 20-yə çatdığını təsdiqləyə bilərik”, - Kava belə deyib. O, ölənlərdən birinin uşaq olduğunu bildirib.

Qeyd edək ki, Florida ştatının rəhbərliyi bina çökdükdən sonra itkin düşdüyü ehtimal edilən 15 nəfərin yerini müəyyən ediblər və bununla da taleyi naməlum olanların sayı 128-ə düşüb.

“Müfəttişlərimiz taleyi bilinməyən şəxslərin axtarışlarını davam etdirir. Bəzi hallarda ailələr öz yaxınlarının çökmüş binada ola biləcəkləri barədə xəbər verirdilər, ancaq bunun belə olmadığı müəyyən edildi. Beləliklə, hazırda 128 nəfərin taleyi naməlum olaraq qalır”, - deyə Daniella-Livayn Kava əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR