ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb 

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb 
# 03 iyul 2021 20:48 (UTC +04:00)

ABŞ-ın Florida ştatında 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün daha iki nəfərin cəsədi tapılıb: “Ölənlərin ümumi sayı indi 24 nəfərdir. 124 nəfərin taleyi naməlum olaraq qalır”.

Qeyd edək ki, sözügedən çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR