ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb
# 06 iyul 2021 06:12 (UTC +04:00)

ABŞ-ın Florida ştatında 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.

Kavanın sözlərinə görə, bazar günü axşam binanın qalan hissələri söküldükdən sonra ərazi təhlükəsiz hesab edilib, lakin hava şəraitinin pisləşməsi axtarışı çətinləşdirib: “Əlverişsiz hava şəraiti ilə əlaqədar xilasedicilər vaxtaşırı işlərini təxirə salmaq məcburiyyətində qalırlar. Hazırda itkin düşənlərin sayı 118-dir”.

Qeyd edək ki, sözügedən çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR