ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb
# 09 iyul 2021 04:40 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından daha 4 nəfərin cəsədi çıxarılıb, bununla da hadisə nəticəsində ölənlərin sayı 64-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

“Daha dörd nəfərin cəsədini tapdıq. 64 nəfərin ölümü təsdiqləndi”, - Kava belə deyib.

Onun sözlərinə görə, 76 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR