ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb
# 27 iyun 2021 04:42 (UTC +04:00)

ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artaraq 5 nəfərə çatıb, itkin düşənlərin sayı isə 159 nəfərdən 156 nəfərə enib.

APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında çıxış edərkən deyib.

“Axtarış işləri davam edir. Günün sonuna qədər ölənlərin sayı beş nəfərə çatıb. Hələ də 156 nəfərin taleyi barədə məlumatsızıq”, - deyə o bildirib.

Kava əlavə edib ki, xilasedicilər dağıntılar altında sağ qalanları tapmaqda hələ də ümidlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR