ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
# 29 iyun 2021 03:27 (UTC +04:00)

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 150 nəfərin taleyi naməlum olaraq qalır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

“11 nəfərin ölümü təsdiqləndi”, - Kava belə deyib.

Kavanın sözlərinə görə, rəsmi qurumlar evdə neçə nəfərin olduğu barədə məlumatları dəqiqləşdirməyə çalışırlar. O bildirib ki, ölənlərin və xəsarət alanların ailələrinə xeyriyyə yardımı olaraq təxminən 1,6 milyon dollar toplamaq mümkün olub.

***

Saat 20:50

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 151 nəfərin taleyi hələ də naməlum olaraq qalır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava açıqlamasında bildirib.

“Axtarışlar bütün gecə boyu da davam etdirilir. Biz daha bir nəfərin cəsədini tapdıq. Bununla da ölənlərin sayı 10 nəfərə çatdı. 151 nəfərin taleyi isə naməlum olaraq qalır”, - Kava belə deyib.

Mayami-Deyd dairəsi rəhbərinin sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları çökmüş evin dağıntılarının təmizlənməsində ağır texnikalardan da istifadə edəcəklər. Buna baxmayaraq, xilasetmə əməliyyatı davam etdirilir.

“Onlar ərazini tam incələmək üçün əllərindəki bütün resurslardan – kameralar, itlər və exolokatorlardan – istifadəni davam etdirirlər. Həmçinin dağıntıları təmizləmək üçün ağır texnikadadan da istifadəyə başlayacaqlar”, - deyə o bildirib.

Qaydalara əsasən, xilasetmə əməliyyatlarında canlı insanların tapılacağının ümid edildiyi yerlərdə ağır texnikadan istifadə edilmir.

Qeyd edək ki, mayın 24-də Mayaminin bir hissəsi olan Serfsayd şəhərciyində 12 mərtəbəli binanın bir hissəsi çöküb. Rəsmi qurumlar yaşayış kompleksindəki 130 mənzildən təxminən yarısının dağıldığını bildiriblər. Hazırda axtarış işləri davam edir.

Bundan əvvəl “New York Times” qəzeti yazıb ki, üç il əvvəl bu binaya baxış keçirən bir mühəndis evin konstruksiyasında “ciddi zədə” aşkarlanması barədə xəbərdarlıq etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR