ABŞ-da bir həftədə atışma hadisələrində 430 nəfər ölüb

ABŞ-da bir həftədə atışma hadisələrində 430 nəfər ölüb
# 26 iyul 2021 05:24 (UTC +04:00)

ABŞ-da iyulun 17-dən 23-dək olan atışma hadisələri zamanı azı 430 insan ölüb.

APA “ABC” telekanalına istinadən xəbər verir ki, bu statistika “Gun Violence Archive” tədqiqat mərkəzi tərəfindən açıqlanıb.

Məlumata görə, qeyd edilən tarixlərdə ölkədə azı 915 silahlı insident baş verib.

Hadisə zamanı yaralananların sayı isə 1007 nəfər olub. Telekanal atışma hadisələrinin son aylarda sürətlə artdığını bildirib.

Mərkəzin təxminlərinə görə, 2020-ci ildə 43 min nəfər atışma hadisələrinin qurbanı olub.

Bu il isə ölkədə odlu silahdan istifadə nəticəsində 24 min adam həyatını itirib, say artmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR