ABŞ-da Co Baydeni və konqresmenləri öldürməklə hədələyən şəxs saxlanılıb

ABŞ-da Co Baydeni və konqresmenləri öldürməklə hədələyən şəxs saxlanılıb
# 23 iyun 2021 05:49 (UTC +04:00)

ABŞ Oklahoma ştatının sakini prezident Co Baydeni, konqresmenləri və onların ailə üzvlərini öldürməklə təhdid edən məktub göndərməkdə günahlandırılır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 58 yaşlı Con Arens may ayından iyuna qədər yerli “KOTV” telekanalına (“Newson6”) məktublar göndərərək, ona pul verilməyəcəyi təqdirdə Co Baydeni, Konqres üzvlərini və onların ailələrini öldürməklə hədələyib.

“Con Arens “Newson6” telekanalına prezidenti, Konqres üzvlərini və onların ailələrini pul almayacağı təqdirdə öldürməklə təhdid etməsinə dair bir sıra elektron məktublar göndərib. Vəzifəli şəxsləri və onların ailələrini öldürməklə bağlı onlayn-təhdid cavabsız qalmadı. Həbs və ittiham elan olunması – insanların güman olunan əməllərinə görə məsuliyyətə cəlb edilməsi üçün ilk addımdır”, - deyə prokuror vəzifəsini icra edən Klint Consonun sözləri Ədliyyə Nazirliyinin saytında yer alıb.

C.Arens 18 iyun tarixində Talsadakı evində saxlanılıb. Nazirlik bildirib ki, öz ifadəsində o, məktublar göndərdiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR