ABŞ-da çökmüş binanın dağıntıları altından 60 meyit çıxarılıb, 80 nəfərin aqibəti bəlli deyil

ABŞ-da çökmüş binanın dağıntıları altından 60 meyit çıxarılıb, 80 nəfərin aqibəti bəlli deyil
# 08 iyul 2021 18:44 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinq zamanı bildirib.

“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq, indiyədək çıxarılmış meyitlərin sayı 60-a çatıb. 80 nəfərin aqibəti isə hələ də bəlli deyil”, - deyə o vurğulayıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR