ABŞ-da əhalinin 55 faizdən çoxu koronavirusa qarşı tam peyvənd olunub

ABŞ-da əhalinin 55 faizdən çoxu koronavirusa qarşı tam peyvənd olunub
# 01 iyul 2021 23:25 (UTC +04:00)

ABŞ əhalisinin (12 yaş və yuxarı) 155,76 milyonu və yaxud 54,9 faizi COVID-19-a qarşı tam peyvənd olunub.

APA xəbər verir ki, bu barədə Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qeyd edilən yaş qrupundan olan 181.12 milyon insana (63.9 faiz) peyvəndin birinci dozası vurulub. 18 yaş və yuxarı qrupdan olan əhalinin 172,29 milyonuna (66,7 faiz) birinci doza, 149,11 milyon isə (57,7 faiz) tam peyvəndlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR