ABŞ-da Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələyib, yaralılar var 

ABŞ-da Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələyib, yaralılar var 
# 17 oktyabr 2021 08:23 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.

APA “Associated Press”ə istinadən xəbər verir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.

Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.

Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.

“Los Angeles Times” nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR