ABŞ-da hava şarı elektrik xəttinə toxunub, dörd nəfər ölüb

ABŞ-da hava şarı elektrik xəttinə toxunub, dörd nəfər ölüb
# 27 iyun 2021 05:31 (UTC +04:00)

ABŞ-ın Albukerke şəhərində hava şarı elektrik xətti ilə toqquşub.

APA TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

İnsidentin səbəbi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR