ABŞ-da iki qatar toqquşub, 20-dən çox yaralı var

ABŞ-da iki qatar toqquşub, 20-dən çox yaralı var
# 31 iyul 2021 08:17 (UTC +04:00)

ABŞ-ın Boston şəhərində küçə metrosunda iki qatarın toqquşması nəticəsində 20-dən çox adam xəsarət alıb.

APA “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə “WWLP” məlumat yayıb.

Məlumata görə, hadisə Boston Universiteti yaxınlığında, Bebkok-Stritdə baş verib. Qəza nəticəsində ümumilikdə 23 nəfər xəsarət alıb, Yaralılar regional tibb müəssisələrinə yerləşdirilib.

Qeyd olunur ki, əraziyə gediş-gəliş dayandırılıb. Hadisənin səbəbləri hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR